
İŞİD terrorçuları mədəniyyətin beşiyini yox etdi.
Anspress-in məlumatına görə, terrorçular İraqda Mesopotamiya mədəniyyətinə aid ən önəmli mədəniyyət nümunələrinin tapıldığı, Assurların paytaxtı Nəmruddakı antik kəndi partlayıcı vasitələrlə havaya uçurublar.
İraq və Suriyada tutduğu torpaqlarda dəhşət saçan İŞİD terrorçuları mart ayında Nəmrud şəhərindəki mədəniyyət "qətliamı" ilə bağlı yeni görüntülər yayıblar. Videoda “mədəniyətlərin beşiyi” kimi təqdim edilən Assur şəhərindəki arxeoloji qazıntı sahələrinə çəlləklərlə partlayıcı yerləşdirərək tarixi məhv etdiyi açıq-aşkar görünür. Partalayışdan sonra geriyə ancaq dağıntılar, toz-duman qalıb.
Qeyd edək ki, İraq qısa zaman öncə Nəmrudu UNESCO-nun miras siyahısına salmaq üçün fəaliyyətə başlamışdı.
Nəmrud Mosulun 30 km cənubunda yerləşir. Eradan əvəll 1250-ci ildə salınıb. Nəmrud dünya tarixinin ən önəmli arxeoloji qazıntı mərkəzlərindəndir. Bu şəhər "mədəniyyətin beşiyi"də adlandırılır.
Məşhur yazıçı Aqata Kristi və arxeoloq həyat yoldaşı Max Mallovan da 1950-ci ildə Nəmrudda çalışıb.
Bu şəhərdən tapılan əsərlər dünyanın 76 muzeyində sərgilənir. Qiymətsiz əsərlər İngiltərədəki "British", Fransadakı Luvr, Berlindəki Berqamo, Nyu Yorkdakı Metropolitan, Museum of ART, Rusiyadakı Ermitajda və sairə dünya şöhrətli məkanlarda saxlanılır.
Qaynar.info



