Xəbər lenti

Mədəsindən çıxanlar hər kəsi təəccübləndirdi
Dünya07:20 26.10.2017

Mədəsindən çıxanlar hər kəsi təəccübləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şiddətli qarın ağrısı səbəbindən xəstəxanaya yerləşdirilən əl-cəzayirli şəxsin mədəsindən 288 ədəd 500 avro və 2 ədəd 100 avroluq əskinas olmaqla 144 min 200 avro pul çıxarılıb.
"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, zərgərlik işi ilə məşğul olan Salah M. adlı şəxs Əl-Cəzairdən İstanbula gəldiyi günün sabahısı xəstəxanaya müraciət edib. Həkimlərin müdaxiləsi nəticəsində onun mədəsindən müxtəlif cisimlər, həmçinin 144 min 200 avro dəyərində əskinas çıxarılıb.
Məsələ ilə bağlı İstanbul Qaçaqçılıqla Mübarizə idarəsinə məlumat verilib. Polisə ifadə verən Salah M. vergidən yayınmaq üçün bu yola əl atdığını bildirib. 
İstanbul polisi faktla bağlı araşdırma aparır.
Qaynarinfo.Az