Xəbər lenti

Media Borrelin gizli məktubundan xəbər tutdu: Çin Rusiyanın məğlubiyyətini gözləyir
Dünya 15:37 12.05.2023

Media Borrelin gizli məktubundan xəbər tutdu: Çin Rusiyanın məğlubiyyətini gözləyir

Aİ-nin baş diplomatı Cosep Borrel Çinin Rusiyanın Ukraynaya qarşı müharibədə məğlub olmasının "geosiyasi üstünlüklərindən istifadə edəcəyi" barədə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə FT Borrelin gizli məktubuna istinadən yazır.

Nəşrin əldə etdiyi sənəddə Borrel Aİ-yə üzv dövlətləri Çinlə bağlı həm Pekinin artan millətçiliyinə, həm də "ABŞ və Çin arasında artan rəqabətə” cavab verən "aidiyyətli strategiya” tapmağa çağırıb.

"Çin məsələsi Rusiya məsələsindən qat-qat mürəkkəbdir. Çinin ambisiyaları açıq şəkildə mərkəzdə Çin olmaqla yeni dünya nizamı yaratmağa yönəlib. Rusiyanın Ukraynadakı məğlubiyyəti Çinin trayektoriyasını pozmayacaq. Çin bundan geosiyasi üstünlük əldə edə biləcək”, - Aİ-nin baş diplomatı bildirib.

Qeyd olunur ki, məktub Aİ ölkələrinin xarici işlər nazirləri arasında mayın 12-i cümə günü Çinə qarşı yeni siyasətlə bağlı başlayacaq iki günlük müzakirədən əvvəl başlanğıc nöqtəsi olub.

Orada Borrel həmçinin Moskvaya ritorik dəstəyinə baxmayaraq, blokun Ukraynadakı müharibə ilə bağlı Pekinlə "ciddi şəkildə iş birliyi aparmaq” istəyini vurğulayıb. O, Aİ-nin "Çindən həll yolu tapmaq üçün gələn bütün səmimi müsbət addımları alqışladığını" söyləyib. 

Borrel məktubunda yazır ki, Aİ "inkişaf etməkdə olan ölkələrin artan gücünü əngəlləməyə" çalışmamalıdır ki, bu da üzv ölkələrin ABŞ-ın Çinə daha sərt yanaşmasını qəbul etmək istəməməsinin əlamətidir.

O, həmçinin Aİ-nin ABŞ-ın Çindən uzaqlaşmasından daha az riskli kimi təqdim etdiyi "risklərin azaldılması” strategiyasını dəstəkləyib.

"Aİ bilməlidir ki, bir çox ölkələr Çinin geosiyasi təsirini Qərbə və həm də Avropaya qarşı tarazlıq kimi görür. Onlar tərəf seçmədən öz manevr imkanlarını gücləndirməyə çalışacaqlar”, - materialda deyilir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->