Xəbər lenti

Media Kremlin Baltikyanı ölkələrə təsir etmək planlarını əldə etdi
Dünya10:28 26.04.2023

Media Kremlin Baltikyanı ölkələrə təsir etmək planlarını əldə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir sıra nəşrlərin jurnalistləri bir neçə il əvvəl hazırlanmış və Rusiyanın Baltikyanı ölkələrə təsir strategiyasını açıqlayan sənədləri əldə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə materiallar sənədləri qəbul edən və araşdıran nəşrlərdə dərc olunub - LRT, Delfi Estonia, Expressen, Dossier Center, Kyiv Independent, NDR (Norddeutscher Rundfunk), Frontstory.pl, Süddeutsche Zeitung, VSquare, WDR (Westdeutscher). Rundfunk), Yahoo News, Re:Baltica.
Sənədlər Estoniya, Latviya, Litva üçün uzunmüddətli planlara aiddir - Belarus və Moldova üçün artıq dərc edilmiş planlarla eynidir. Çox güman ki, onlar 2021-ci ilin payızında hazırlanıb. Lakin görünən odur ki, bu sənədlərin müəllifləri Putinin Ukraynaya qarşı genişmiqyaslı müharibə hazırladığını bilməyiblər – sənədlərdə bunun gözlənilən nəticələrindən bəhs edilmir. 
Ölkələrin hər biri üçün strategiya iki hissədən ibarətdir – birinci hissədə Rusiyanın özünə təhlükə kimi gördüyü məsələlər, ikinci hissədə isə buna qarşı necə çıxmağı planlaşdırılıb. Sahələr üzrə bütün hədəflər zaman çərçivəsinə uyğun olaraq yazılıb - 2022, 2025, 2030.
Ümumilikdə, Rusiya təhsildə rus dilinin maksimum iştirakını qorumaq, rusiyayönlü təşkilatlar yaratmaq və onlar vasitəsilə cəmiyyətə təsir göstərmək, sovet dövrünün abidələrinin sökülməsinə müqavimət göstərmək, Rusiyanın tarixi narrativlərini yaymaq kimi məqsədlər müəyyən edir. Estoniya və Latviyada Rusiya Federasiyası öz məqsədlərinə çatmaq üçün böyük ölçüdə rusdilli azlığa arxalanır.
Bundan əlavə, Baltikyanı ölkələrin biznesinin Rusiya bazarına daxil olmasına təşviq etmək planlaşdırılırdı.
Jurnalistlər ötən il yerli rusiyayönlü fəalların və təşkilatların fəaliyyətində, o cümlədən sovet abidələrinin mühafizəsi kampaniyasında strategiyanın həyata keçirilməsi elementlərinə bənzər hadisələri – abidələrin  sökülməsinə qarşı mitinqlər və BMT-yə müraciəti xatırladıblar. 
Strategiyanın əsas hissəsi Baltikyanı ölkələrdə NATO-nun mövcudluğunun zəiflədilməsinə həsr olunub.
Planlarda Kreml Litvada böyük NATO bazasının yaranacağından ehtiyatlandığını göstərir və alyansın ümumi müdafiə sisteminə inteqrasiya olunmuş orta mənzilli hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin yerləşdirilməsinin qarşısının alınması, habelə müttəfiq qoşunların mövcudluğunun və döyüş hazırlığı tədbirlərinin azaldılması məqsədini bəyan edir.
Planlara görə, Rusiya uzunmüddətli perspektivdə belə ilkin şərtlər yaratmaq istəyirdi ki, NATO-nun regionda artan nüfuzu səbəbindən ölkə rəhbərliyi onların təhlükəsizliyinə "potensial zərəri dərk etsin” və Rusiya ilə daha dərin əməkdaşlığa çalışsınlar. Bu niyyətlər hər üç Baltikyanı dövlət üçün praktiki olaraq eynidir.
Rusiya özü üçün ən arzuolunmaz senari kimi Baltikyanı ölkələrin NATO-nun fəaliyyətində fəal iştirakını və orada rus qoşunlarının mövcudluğunun artırılmasını, sanksiyaları və ticarətin məhdudlaşdırılmasını (fevralın 24-dən sonra baş verənlər) qeyd edir.
Nizami Bağırov