"Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi İngiltərənin "Mançester Siti" klubuna keçmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, mənbələrin dediyinə görə, Messi "Barselona”dan ayrılma qərarını ailəsi ilə birlikdə verib. O, İngiltərə klubunu əvvəllər çalışdığı Xosep Qvardiola idarə etdiyi üçün seçib. Bundan əlavə, Messinin dostu və Argentina millisindəki tərəfdaşı Serxio Aquero "Mançester Siti"də oynayır.
Bundan əvvəl Messinin keçə biləcəyi klublar arasında "Mançester Yunayted", "İnter" və "PSJ" də var idi. Futbolçunun "Barselona”dan ayrılmaq niyyəti avqustun 25-də məlum olub.
Alpər