
Donald Trampın şəxsi köməkçisi Nik Luna da COVID-19-a yoluxub.
Qaynarinfo xəbər verir ki, bu haqda "Bloomberg”in məlumatında deyilir. Luna ABŞ prezidentinə ən yaxın adamdır. O, bütün səfərlərdə Prezidentin müşaviri Hou Hiksin olduğu yerlər də daxil rəhbərini müşayiət edir. Hiksin hamıdan qabaq xəstələndiyi və virusu Ağ Evə onun gətirdiyi düşünülür.
Göründüyü kimi, koronavirus infeksiyası Trampın ətrafında sürətlə yayılır. Üç senator, keçmiş məsləhətçi, kampaniya meneceri, Respublika Partiyası Milli Komitəsinin sədri və prezident hovuzundan olan üç jurnalist artıq yoluxub. Tramp özü bir gün əvvəl Vaşinqtonun ətrafındakı hərbi xəstəxanaya yerləşdirilib.
Bəzi məlumatlara görə, cümə axşamı qanında oksigen səviyyəsi kəskin aşağı düşüb.
Alpər