
Qazaxıstanın Alma-Ata şəhərindəki mədrəsələrin birində qəribə hal baş verib.
Qaynar.info-nun rus mətbuatına istinadən verdiyi məlumata görə, mədrəsədə dini ayinləri icra edən dindarların öz şagirdləri ilə intim münasibətlər qurduqları ortaya çıxıb.
Mədrəsədəki biabırçılığı orada təhsil almış Janar Boranbayeva adlı qadın ortaya çıxarıb.
Qadının sözlərinə görə, mədrəsədə təhsil alan qadınlarlar oradakı dindarların qadınları olmağa məcbur edilir.
Mədrəsədki şəxslər qadının məlumatlarının yalan olduğunu və həmin qadının orada heç vaxt təhsil almadığını bildiriblər.
Qadın isə dediklərinin həqiqət olduğunu deyib, hətta həmin mədrəsəni bitirdiyi üçün ona verilən sertifikatı da göstərib: "Mənim haqqımda yalan söyləyirlər. Mənim ünvanıma səsləndirilən fikirləri eşidəndə məyus oldum. Mən ancaq həqiqəti deyirəm və Allah qarşısında təmizəm".
Boranbayeva eyni zamanda bildirib ki, mədrəsədki imamlar xoşlarına gələn qızları sauna və otellərə dəvət edirlər: "17-18 yaşlı qızlar onlar üçün pulsuz fahişələrdir. Onlar xoşlarına gələn qızları sauna və otellərə aparırlar".
Mədrəsədəki seksual qalmaqala Alma-Atanın dini işlər üzrə agentliyi də qarışıb. Agentliyin rəhbəri Nurjana Japarkul məsələ ilə bağlı araşdırmalar aparıldığını deyib.
Qaynar.info