İsrail və Fələstinin Həmas hərəkatı arasında Yaxın Şərqdə hərbi münaqişə regional hərbi münaqişəyə və ya qlobal müharibəyə çevrilmək riski daşıyır.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
bildirib.
"Yaxın Şərqdə yenə müharibədir. Müharibə amansızdır, qaydasızdır. Terror və dinc əhaliyə qarşı qeyri-mütənasib güc tətbiqi doktrinasına əsaslanan müharibə”, - Medvedev bildirib.
O, əlavə edib ki, Rusiya üçün Ukraynada hərbi əməliyyatlar zonasında baş verənlər daha vacibdir, lakin Moskva İsrail Müdafiə Qüvvələri ilə HƏMAS arasında gedən döyüşlərə də göz yuma bilməz.
Medvedev Fələstin-İsrail müharibəsinin yeni raundunun əsl məsuliyyətinin kimin daşıyacağı sualını verir, ancaq özü də bu suala cavab vermir. Onun sözlərinə görə, "bugünkü münaqişənin uzun tarixi var, lakin 1940-cı illərdən bəri daha böyük qaranlığa və terrora doğru hər addımda Amerikanın açıq izi görünür".
Medvedev vurğulayıb ki, "1960-cı illərdən bəri bütün ərəb-İsrail müharibələrində Vaşinqton yalnız bir tərəfi dəstəkləyib və silahla gücləndirib”.
Qeyri-sabit, partlayıcı region Amerika üçün çox faydalıdır - "heç bir ABŞ administrasiyası heç vaxt Yaxın Şərqdə yekun nizamlanmada maraqlı olmayıb", - Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib. Onun sözlərinə görə, hazırkı münaqişənin həlli üçün ABŞ-ın iştirakı ilə istənilən sülh danışıqları əvvəlcədən uğursuzluğa məhkumdur.
Medvedyev hesab edir ki, problemi birdəfəlik həll etməyin yeganə yolu tamhüquqlu Fələstin dövlətinin yaradılması və 1947-ci ildən bəri qəbul edilmiş bütün fundamental siyasi qərarların həyata keçirilməsidir.
Xatırladaq ki, İsrail və HƏMAS oktyabrın 7-dən aktiv hərbi əməliyyatlar aparır.
Alpər