Xəbər lenti

Medvedev: “Ukrayna ilə bağlı danışıqlara heç bir ehtiyac yoxdur”
Dünya06:01 20.05.2023

Medvedev: “Ukrayna ilə bağlı danışıqlara heç bir ehtiyac yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hazırda Ukraynada və onun ətrafındakı vəziyyətlə bağlı danışıqlar aparmağın mənasını görmür.
Qaynarinfo TASS-a isrinadən xəbər verir ki, onun fikrincə, danışıqlar yalnız Kiyev hökumətinin Vaşinqtondakı "ağaları” ilə və yalnız münaqişədən sonrakı dünya nizamı ilə bağlı aparılmalıdır.
Avropa Komissiyasının sədri Ursula von der Leyenin Rusiya və Ukrayna arasında bərabərhüquqlu danışıqlara qarşı son açıqlamalarını şərh edən Medvedev "Telegram" kanalında bununla bağlı onunla "razılaşmamaqda çətinlik çəkəcəyini” yazıb.
"Bu, şübhəsiz ki, belədir. Xarici idarəçilik altında olan yarı çürümüş neonasist ölkəsi ilə necə bərabərhüquqlu danışıqlar apara bilərsiniz? Danışıqlar yalnız onun ağaları ilə, yəni Vaşinqtonla mümkündür. Danışacaq başqa heç kim yoxdur", deyə Medvedev yazıb.
Onun fikrincə, danışıqlar yalnız "münaqişədən sonrakı dünya nizamı” mövzusunda mümkündür: "Lakin bu barədə danışmaq hələ tezdir. Ona görə də heç bir danışıqlara ehtiyac yoxdur”.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen cümə günü Xirosimada keçirilən G7 sammiti çərçivəsində Rusiya və Ukrayna arasında bərabərhüquqlu danışıqların rədd edilməli olduğunu deyib. Onun sözlərinə görə, G7-yə üzv ölkələr Ukrayna prezidenti Volodimir Zelenskinin sülh planını dəstəkləməlidir.
Aydın