Xəbər lenti

Medvedev Zelenskini Hitlerlə müqayisə etdi
Dünya08:15 09.08.2022

Medvedev Zelenskini Hitlerlə müqayisə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə kinli bəyanatı ilə fərqlənib. O, bu dəfə Ukrayna prezidenti Volodimir Zelenskinin rusların müharibəyə görə məsuliyyət daşıması ilə bağlı açıqlamasına reaksiya verib.
Bu barədə Qaynarinfo Medvedevin "Telegram"dakı mesajına istinadən xəbər " target="_blank" title=" ">verir.
O, Zelenskinin sözlərini alman diktatoru Adolf Hitlerin fikirləri ilə müqayisə edib.
"Adolf Hitler sonuncu dəfə bütöv bir xalqla bağlı bu cür fikirləri həyata keçirməyə çalışıb. Ukrayna hökumətinin mahiyyəti ilə bağlı daha sual varmı?", deyə Medvedev yazıb.
Xatırladaq ki, Zelenski daha əvvəl Qərbi bütün rusiyalılar üçün sərhədləri bağlamağa çağırıb və əlavə edib ki, onlar Ukraynadakı müharibəyə görə məsuliyyət daşıyırlar.
Nizami