Xəbər lenti

Medvedevdən qisas çağırışı: "Onları qeyri-insani üsullarla...”
Dünya11:57 17.07.2023

Medvedevdən qisas çağırışı: "Onları qeyri-insani üsullarla...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Onlarla mübarizədə beynəlxalq sanksiyalar, çağırışlar və hədə-qorxu "terrorçulara çatanda işə yaramır”, onlarla yalnız "güc dilindən”, "şəxsi və tamamilə qeyri-insani üsullardan” istifadə edilməlidir".
Qaynarinfo xəbər verir ki, bu haqda Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında bildirib. 
"Ona görə də onların öz evlərini, qohumlarının evlərini partlatmaq lazımdır. Onlara qarşı mühakimə olunmaq kimi mənasız fikirdən əl çəkərək, ortaqlarını axtarın və məhv edin”, - Medvedev yazıb.
O, "terrorçu qrupların ali rəhbərliyinin harada gizləndiyindən asılı olmayaraq məhv edilməsini" əsas məqam hesab edib.
Xatırladaq ki, gecə saatlarında Krım hakimiyyəti Krım körpüsünün 145-ci sütunu ərazisində "fövqəladə vəziyyət” və körpüdə, eləcə də bərə keçidində nəqliyyatın hərəkətinin dayandırılması barədə məlumat verib, hadisənin təfərrüatları açıqlanmır. Yarımadanın sakinlərindən və turistlərdən alternativ quru marşrutu seçmək istənilib. Nəqliyyat Nazirliyi Krım tərəfdən körpünün aşırımlarında yolun hərəkət hissəsinin zədələndiyini bildirib. 
Daha sonra Terrora Qarşı Milli Komitədən bildirilib ki, Krım körpüsünün bir aşırımının qismən dağılması Ukrayna pilotsuz təyyarələrinin hücumu nəticəsində baş verib. Hücumla bağlı cinayət işi açılıb.
Alpər