
İTAR-TASS xəbər verir ki, naməlum şəxslər Rusiyanın baş naziri Dmitriy Medvedevin “Twitter”də mikrobloqunu sındırıblar.
Bu barədə informasiya hpkumətin mətbuat xidməti tərəfindən təsdiqlənib: “Baş nazirin “Twitter”i sındırılıb. Mikrobloqda yerləşdirilən son məlumatlar həqiqətə uyğun deyil”.
Qeyd edək ki, Baş nazir 2010-cu ildə ABŞ-a səfər edərkən mikrobloq yaradıb. Onun hesabı Rusiya bloqsferasında ən məşhur mənbələrdən biridir. 2013-cü ilin oktyabrında baş nazirin hesabı 2 milyonluq izləyici sayını keçib. Hazırda onun 2,5 milyondan çox oxucusu var. Onun rus dilində olan hesabı ilə yanaşı ingilis dilində hesabı da fəaliyyət göstərir. Bununla yanaşı baş nazirin “facebook” və “instagram”da da hesabı var.
Xatırladaq ki, Twitter hesabı sındırılandan sonra "İstefa verirəm. Azad fotoqraf olacam. Bunu çoxdan arzulayırdım. Hökumətin hərəkətlərinə görə, utanıram. Bağışlayın məni”, - deyə Rusiya baş naziri Dmitri Medvedevin rəsmi səhifəsində yazılıb. //AzNews.az