
Rusiya baş naziri Dmitri Medvedyev prezident olduğu dövrdə ölkəyə xəyanət etməkdə ittiham olunduğu videolar səbəbindən çətin vəziyyətə düşüb.
Qaynar.info-nun məlumatına görə, keçmiş səfirlər, generalla və keçmiş bir baş nazirin də yer aldığı videolar internetə yerləşdirilir və bunun arxasında kimlərin olduğu da bilinmir.
"Washington Post" qəzetinin məlumatına görə, Medvedyev kabinetinə nəzarəti artıq itirib. Bürokratlar, qubernatorlar onu demək olar ki, saymır. Medvedyevin əleyhinə aparılan bu kampaniyaya isə prezident Vladimir Putin heç bir müdaxilə də etmir.
Rusiya siyasi ekspertlərinin fikrincə Putin Kremlə Medvedyevdən imtina etdiyi mesajını verir.
Qaynar.info