Xəbər lenti

Məhəmməd əl-Baradei Misirin vitse-prezidenti oldu
Dünya20:31 09.07.2013

Məhəmməd əl-Baradei Misirin vitse-prezidenti oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misirin müvəqqəti prezidenti Ədli Mənsur Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri Məhəmməd əl-Baradeini ölkənin vitse-prezidenti təyin edib.

"RİA Novosti”nin verdiyi xəbərə görə, Məhəmməd əl-Baradei hökumətdə beynəlxalq əlaqələr blokuna nəzarət edəcək.    

Məhəmməd əl-Baradei 1942-ci ildə Qahirədə anadan olub. 1997-ci ildən 2009-cu ilədək Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru vəzifəsində çalışıb. O, 2005-ci il Nobel Sülh Mükafatı laureatıdır.// APA

Qaynar.info