Xəbər lenti

Məhəmməd peyğəmbərin saqqalının tükləri tapıldı
Dünya17:14 21.05.2013

Məhəmməd peyğəmbərin saqqalının tükləri tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qazaxıstanda 85 yaşlı qadının Məhəmməd peyğəmbərin saqqalının tüklərini evində saxladığı məlum olub.

ANS PRESS-in BNews-a istinadən verdiyi məlumata görə, 83 yaşlı Faimə adlı qadın Akmolin mahalının Sadovoe kəndində yaşayır.

İmam Kayrat Kıdırminin verdiyi məlumata görə, peyğəmbərin 3 santimetr enində olan saqqalının tükü hər iki tərəfi gümüş haşiyə ilə örtülmüş şüşə qabda saxlanırmış.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin vəfatından sonra ən sevimli bərbəri tərəfindən saqqalının kəsildiyi deyilir. Saqqalın bir hissəsi nidiyədək Türkiyədə Topqapı sarayında nümayiş etdirilir. Osmanlı padşahı Sultan Səlimin 1517-ci ildə Misir səfərindən sonra İstanbula gətirilən Saqqalı-Şərif burada sərgilənir.

Qaynar.info