Hindistan polisi həftəsonu ölkənin müxtəlif bölgələrində Məhəmməd peyğəmbərin təhqir olunması ilə bağlı qalmaqaldan sonra keçirilən kütləvi nümayişlərlə bağlı 400-dən çox insanı saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti-nin məlumatında bildirilir.
Hindistanda ölkə məscidlərində cümə namazından sonra kütləvi aksiyalar başlayıb, bundan sonra insanlar Məhəmməd peyğəmbəri təhqir edənlərin həbs edilməsi tələbi ilə bir sıra ştatlarda küçələrə çıxaraq təhlükəsizlik işçiləri ilə toqquşublar.
Uttar Pradeş ştatının səkkiz rayonunda 300-dən çox, Qərbi Benqalda isə iki rayonda 100-ə yaxın adam saxlanılıb, polis bildirib ki, Carkhand əyalətinin paytaxtı Rançi polisi iki nəfərin ölümüylə nəticələnən "minlərlə iştirakçının" qatıldığı qarşıdurmalarla bağlı 25 araşdırmaya başladıb. Həmçinin Uttar Pradeş ştatının hakimiyyət orqanları tərəfindən iğtişaşlarla bağlı 13 hadisə qeydə alınıb.
Məhəmməd peyğəmbərin təhqir olunması ilə bağlı qalmaqal Hindistanda hakim Bharatiya Janata Partiyasının nümayəndəsi Nipur Şarmanın milli televiziyada debat zamanı bir sıra açıqlamalarından sonra başlayıb. Onun sözləri bir sıra müsəlman dövlətləri, o cümlədən İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik qalmaqala səbəb olub, onlar müsəlmanlara qarşı bəyanatları pisləyib, bir sıra ölkələr Hindistan səfirlərini çağıraraq onlara etiraz ediblər. Öz növbəsində Hindistan hökuməti və Bharatiya Janata Partiyası bu bəyanatlara məsafəli davranıb, Şarma özü isə vəzifəsindən uzaqlaşdırılaraq partiya üzvlüyündən məhrum edilib.
Bundan əvvəl Dehli polisi Məhəmməd peyğəmbərlə bağlı açıqlamalardan sonra ona qarşı təhdidlərə görə Şarma və ailəsini qoruma altına alıb. Polis Şarmanın aldığı hədələrlə bağlı da üç cinayət işi açıb. Öz növbəsində Hindistanın Maharaştra ştatının polisi Şarmanın özünə qarşı cinayət işi açıb və onu iyunun 22-də ifadə vermək üçün çağırıb.
Dehli Polisi həmçinin sosial şəbəkələrdə digər dinlərin nümayəndələrini təhqir edən şərhlərlə bağlı iki iş üzrə araşdırmalar açıb. Birinci iş Şarmaya, ikincisi isə Birləşmiş Müsəlmanlar Ümum Hindistan Şurasının rəhbəri Əsəduddin Ovayisi də daxil olmaqla 31 nəfərə qarşı qaldırılıb.
Alpər