Xəbər lenti

“Məhərrəm İncə güclü siyasətçidir, lakin...” (ŞƏRH)
Dünya08:02 15.03.2023

“Məhərrəm İncə güclü siyasətçidir, lakin...” (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Məhərrəm İncənin seçkilərdə ciddi uğur qazanmaq ehtimalı azdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Məmləkət Partiyasının sədri Məhərrəm İncənin Türkiyədə mayın 14-də keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmasına münasibət bildirərkən deyib. Şərhçi bildirib ki, seçki yarışı Rəcəm Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasında gedəcək:
"Məhərrəm İncə təcrübəli siyasətçi, uzun illər partiya və parlament təcrübəsi olan biridir. Üstəlik, yaxşı natiqlik qabiliyyəti var və auditoriyaya xitab etməkdə ustadır. Ancaq onun seçkilərdə ciddi uğur qazanmaq ehtimalı azdır. Hətta üçüncü olmaq şansı çox azdır, baxmayaraq ki, potensial baxımından zəif deyil. 
Bunun iki səbəbi var. Birincisi, Türkiyə seçkilərində daha çox təşkilat amili özunu göstərir. Bu cür kənardan gələn, yəni arxasında güclü təşkilat olmayan namizədlər adətən uğur qazana bilmir. Çünki Türkiyədə hər seçicinin öz təşkilatı var. Yalnız az sayda qərarsızlar və ya tərəddüdlü qrup var. Qalan hər kəsin aşağı yuxarı seçimi bəllidir. 
İkinci mənfi cəhət isə İncənin 2018-ci il prezident seçkilərində namizəd olarkən göstərdiyi performansdır. Müxalifətin vahid namizədi və arxasında güclü təşkilat olmasına rəğmən, ciddi nəticə göstərə bilmədi və seçkidən dərhal sonra nəticələri qəbul edib rəqibinin əlini sıxdı. Bu isə elektoratda ona qarşı etimadsızlığa səbəb oldu. 
Bu mənada dərin qütbləşmiş Türkiyə cəmiyyətində İncənin yendən uğur qazanması çox aşağı ehtimaldır. Seçki yarışı Rəcəm Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasında gedəcək. Digər namizədlərin bu yarışda ciddi səs əldə etməsi ehtimalı azdır”. 
Rüfət Sultan