Xəbər lenti

Məhkəmə eks-prezidentin oğlunun Donetsk və Krımda olan əmlakını müsadirə etdi
Dünya07:37 11.01.2023

Məhkəmə eks-prezidentin oğlunun Donetsk və Krımda olan əmlakını müsadirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Ali Antikorrupsiya Məhkəməsinin Apelyasiya Palatası keçmiş dövlət başçısı Viktor Yanukoviçin oğlu Aleksandrın əmlakının müsadirə olunmasını təsdiq edib. 
Qaynarinfo Lenta.ru-ya istinadla xəbər verir ki, Ukraynanın antikorrupsiya mərkəzinin məlumatına görə, söhbət Krım və Donetskdəki mülkiyyətdən gedir.
O cümlədən, Donetskdə iki ev, iki yardımçı tikili və iki torpaq sahəsi müsadirə edilib. Məhkəmə oğul Yanukoviçin Krımda olan əmlakını da geri alıb. Bunlar Yaltada söhbətgahlar və qeyri-yaşayış binaları, tikililəri, həmçinin 16 illik Toyota SUV-dur.
Bundan əvvəl Ukraynanın Ali Antikorrupsiya Məhkəməsinin Viktor Yanukoviçin özünün əmlakını, o cümlədən "Mejiqorye” iqamətgahını, bank hesablarındakı pulları və 18,7 milyon avro dəyərində mədəni sərvətləri müsadirə etdiyi bildirilib.
Buna qədərsə Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Yanukoviçin oğlu və arvadının əmlakını müsadirə etməkdən imtina edib. Ədliyyə Nazirliyi bu qərardan apellyasiya şikayəti verib.
Alpər