Xəbər lenti

Məhkəmə "Kanal 13"ün rəhbəri barəsində qərar verdi
Ölkə13:17 28.11.2023

Məhkəmə "Kanal 13"ün rəhbəri barəsində qərar verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Qaynarinfo xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Qərara əsasən, Əziz Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əziz Orucov ötən gün saxlanılıb və evində axtarış aparılıb. Ona Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham verilib.