Moskva Şəhər Məhkəməsi cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda və sərhədi qanunsuz keçməyə cəhddə ittiham olunan qanuni oğru İrakli Cabuanın işi üzrə qərar çıxarıb.
Qaynarinfo xəbər verir ki, təqsirləndirilən şəxs 9,5 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək. Bu barədə prokurorluğun nümayəndəsi Lüdmila Nefedova məlumat verib.
Gürcüstan vətəndaşı Cabua 2014-cü ildən qanuni oğru statusuna malikdir. Mövqeyindən istifadə edərək, o, Rostov vilayəti, Krasnoyarsk diyarı və Moskva vilayətində cinayətkarlar iyerarxiyasında aşağı olanlara təsir edib.
2019-cu ilin iyul ayında o, Domodedovo hava limanında Ermənistan vətəndaşının saxta sənədlərindən istifadə edərək Türkiyəyə getmək istəyərkən saxlanılıb.
2019-cu ildə Rusiya prezidenti Vladimir Putin cinayət avtoritetlərin cəzasını sərtləşdirən qanun imzalayıb. Cinayət Məcəlləsinə "cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma” maddəsi daxil edilib. Onun cəzası 5 milyon rubla qədər cərimə ilə 8 ildən 15 ilə qədər həbsdir.
Alpər