Xəbər lenti

Məhkəmə qadını 211 yemək sifarişinə görə 6 min dollar cərimələdi
Dünya 21:38 27.09.2023

Məhkəmə qadını 211 yemək sifarişinə görə 6 min dollar cərimələdi

Böyük Britaniya məhkəməsi bir qadını 211 yemək sifarişinə görə 6000 dollar cərimə edib.

Qaynarinfo-nun "LADBible"yə istinadən məlumatına görə, müəyyən edilib ki, britaniyalı qadın bunun üçün başqasının bank kartından istifadə edib.

24 yaşlı Brittani Narbert bildirib ki, bir tanışı onun evinə gələrək yeməklərin çatdırılmasını sifariş etməyi təklif edəndə başqasının kartına çıxış əldə edib. Qadın qurbanın bank məlumatlarını telefonuna daxil edib, lakin sonra onları silməyi unudub. Bundan xəbər tutan Brittani başqasının hesabına özü üçün yemək sifariş etməyə başlayıb. Bir müddət sonra rəfiqəsi kartından pulun çıxdığını görüb və polisə müraciət edib. Araşdırmadan sonra polis Narberti tapıb.

Qadın etiraf edib ki, o, həqiqətən də yemək sifariş edib, lakin bunun üçün pulun başqasının kartından çıxdığını bilməyib. Britaniyalı qadının arqumentləri məhkəməyə inandırıcı görünməyib - o, 6 min dollar cərimə olunub və 20 günlük reabilitasiya kursu keçməsi barədə qərar verilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->