Xəbər lenti

Məhkum ziyarətinə gəldi, alt paltarından psixotrop həb çıxdı
Ölkə17:13 14.03.2016

Məhkum ziyarətinə gəldi, alt paltarından psixotrop həb çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirilməsi cəhdinin qarşısı alınıb.

Qaynar.info Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən xəbər verir ki, Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsinə əsasən 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ümid Qubadovun yanına qısamüddətli görüşə gələn dostu, Bakı şəhər sakini Mehmet Gencin üzərinə baxış keçirilən zaman alt paltarının içərisində gizlətdiyi 40 ədəd psixotrop həb aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər rayon Polis İdarəsinə göndərilib.

Qaynar.info