Xəbər lenti

Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı
Ölkə13:47 27.02.2019

Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda həbsdə olan, blogger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub.
"Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq: "Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”.
Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: "Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq".