Xəbər lenti

Məkkə şahzadənin oğluna verildi
Dünya12:46 23.12.2013

Məkkə şahzadənin oğluna verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Abdel Aziz Al Said öz oğlu şahzadə Mişaalı Məkkə qubernatoru təyin edib.

Qaynar.info ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, Məkkə şəhərinin qubernatoru ölkədə ən hörmətli və perspektivli vəzifələrdən biri hesab edilir.

Nəzərinizə çatdıraq ki, Məkkə müsəlmanlar üçün müqəddəs şəhərdir və qeyri müsəlmanların bu şəhərə girişi qəti qadağandır.

Xatırladaq ki, şahzadə Mişaal bundan öncə Nadjran şəhərinin qubernatoru vəzifəsində çalışıb.

Qaynar.info