Xəbər lenti

Məkkədəki zəvvarlardan xəbər var - VİDEO
Dünya13:52 13.10.2013

Məkkədəki zəvvarlardan xəbər var - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu axşam zəvvarlar Ərəfata gedəcəklər

Zəvvarlar artıq ibadətlərinin həlledici mərhələsinə qədəm qoyurlar. Bu axşamdan etibarən, zəvvarlar Ərəfat çölünə yola salınacaqlar. Buna görə bütün tədbirlər görülüb. Azərbaycan Həcc missiyasının Səudiyyə Ərəbistanına təyin olunmuş qrup rəhbərləri bir daha Ərəfat çölünə, Mina Çadır düşərgəsinə baş çəkib, ordakı vəziyyətlə yaxından tanış olublar. Beləliklə bütün işlər artıq tamamlanmış hesab olunur. 

“Dünən axşama kimi Azərbaycan Həcc missiyasının qrup rəhbərləri öz qrupları üçün iclaslar keçirdilər, onlara son təlimatlarını verdilər. Və onlara tapşırıq verdilər ki, bu gün günortadan etibarən zəvvarlar otellərdə olsunlar, heç yana çıxmasınlar. Çünki, axşam namazından sonra zəvvarlar tam hazır olmalı, əşyalarını yığmalı, ehrama girməli və avtobusları gözləməlidirlər. Gecə saatlarında 45 nəfər tutumlu avtobuslar gələcək. Bütün zəvvarları Ərəfat çölünə daşıyacaq. Bu çox güman ki, Məkkə vaxtı ilə gecə saat 10.00-dan sübhə qədər davam edə bilər. Çünki yollarda tıxacları nəzərə alsaq sübh namazına qədər zəvvarlar Ərəfata daşınmalıdır”. 

Vüsal Cahangirinin sözlərinə görə, ötən illərdə olduğu kimi, bu il də Ərəfat çölünə aparan yolda tıxacın olacağı gözlənilir. Çünki, məhz bu vaxt bütün zəvvarlar Ərəfata yola düşürlər. Əsas Həcc mərasimi sabah oktyabrın 14-ü, zöhr, yəni günorta namazı vaxtından başlanacaq. Hazırda Məkkədə havanın temperaturunun 40 dərəcəyə yaxın olduğu bildirilir./anspress/