ABŞ Gömrük və Sərhəd Mühafizə Xidməti Meksika ilə sərhəddə hüquq-mühafizə orqanları tərəfindən indiyə qədər rast gəlinən ən uzun qaçaqmal tunelinin aşkarlandığını elan edib.
Qaynarinfo xəbər verir ki, tapılan tunelin uzunluğu 1313 metrdir.
Tunel Tixuanadan San Dieqoya aparır. 2019-cu ilin avqustunda tapılsa da, indiyə qədər dəqiq xəritəsi əldə edilməyib.
Uzunluğuna görə bundan əvvəlki rekord qıran tunel (uzunluğu 904 metr) 2014-cü ildə tapılıb. O da San Dieqoya çəkilib.