Xəbər lenti

Meksika milli komandasının futbolçusu oğurlandı
Dünya19:01 29.05.2016

Meksika milli komandasının futbolçusu oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Onun avtomobilini altı nəfər üzü maskalı adam mühasirəyə alıb.
Meksika futbolçusu Alan Pulido ölkənin şimalında yerləşən Tamaulipas ştatından oğurlanıb.
ANS PRESS-in məlumatına görə, Alan Pulido Yunanıstanın "Olimpiakos" komandasının hüjumçusudur, həmçinin Meksika milli futbol komandasının üzvüdür.
25 yaşlı Pulido doğma şəhəri Siudad-Viktoriya şəhərinin yaxınlığında oğurlanıb. Şənbə günü o əylənmək üçün şənliyə gedirmiş, bu zaman onun avtomobilini altı nəfər üzü maskalı adam əhatəyə alıb.
Meksikada iri narkokartellər tərəfindən həyata keçirilən oğurluqlar çox olur. Bu baxımdan Tamaulipas ən təhlükəli ştatlardan biridir.
Qaynarinfo.az