
Meksikada 7,1 gücündə dəhşətli zəlzələ meydana gəlib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırma Mərkəzi zəlzələnin Puebla əyalətinə bağlı Rabosso bölgəsinin 5 km şimal-şərqində, 51 km-də meydana gəlməsi barədə məlumat yayıb.
Paytaxt Mexikoda hiss edilən zəlzələ insanlarda narahatlığa səbəb olub. Dağıntıların olduğu və çox sayda insanın binaların altında qaldığı bildirilir. Fəlakət nəticəsində azı 248 nəfər ölüb, dünyasını dəyişənlərin sayının artacağı gözlənilir.
Qeyd edək ki, 8 sentyabrda baş verən 8,1 ballıq zəlzələdə 96 nəfər ölmüşdü.
Gülşən
Qaynarinfo.Az