Meksikanın mərkəzi Hidalgo əyalətində güclü yağış yağması nəticəsində xəstəxanada ən az 17 xəstə həyatını itirib.
Qaynarinfo yerli KİV-ə istinadən xəbər verir ki, qurbanlardan bəziləri oksigen terapiyası ilə müalicə olunan COVID-19 xəstələridir.
Xilasedicilər təxminən 40 xəstəni təxliyə edib. Təxliyə zamanı əyalət valisini daşıyan bir qayıq çayda batıb.
Vali Ömər Fayad daha sonra sağ-salamat olduğunu bildirərək əyalət səlahiyyətlilərinin bölgələrdə təcili əməliyyatların koordinasiyasını davam etdirəcəyini əlavə edib.
Ordu fəlakətlə mübarizə aparan xilasetmə qruplarına yardım göstərmək üçün fəlakət zonasına göndərilib. Meksika Prezidenti Andres Manuel Lopez Obrador baş verən hadisələrdən çox təsirləndiyini deyib.
Əyalətin müxtəlif şəhərlərində 30 mindən çox insan daşqınlardan zərər çəkib. Səlahiyyətlilər Mexiko şəhərinin şimal ətrafı iki nəfərin daşqın nəticəsində öldüyünü qeyd edib.