XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Meksikada narkokartellər avtomobilləri partladır, dronlardan istifadəni artırır
Dünya22:18 01.09.2026

Meksikada narkokartellər avtomobilləri partladır, dronlardan istifadəni artırır

Meksikada narkokartellərin törətdiyi partlayışların sayı son dövrlərdə artır.

Qaynarinfo-nun məlumatına görə, "Reuters" yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən xəbər verir ki, bu cür cinayətlərin artması son illərdə ölkədə kriminal zorakılığın ümumi şəkildə kəskinləşdiyi bir dövrə təsadüf edir.

Sonuncu böyük partlayış avqustun 30-da narkotik ticarəti ilə məşğul olan qrupların fəal olduğu Zakatekas ştatının Ohoqaliente şəhərində polis bölməsinin yaxınlığında baş verib. Avtomobilin partladılması nəticəsində azı 11 nəfər xəsarət alıb, təxminən 40 evə ziyan dəyib.

Zakatekas qubernatoru David Monreal bildirib ki, ştatda ilin əvvəlindən azı 10 belə partlayış törədilib. Müqayisə üçün, 2025-ci ildə altı, 2024-cü ildə isə yalnız bir analoji hadisə qeydə alınıb.

Qubernatorun sözlərinə görə, cinayətkarlar avtomobillərin partladılmasından əlavə, içərisində partlayıcı maddələr yerləşdirilmiş kiçik pilotsuz uçuş aparatlarından da getdikcə daha çox istifadə edirlər.

Reuters-in məlumatına görə, son dövrlərdə bu tip hadisələr Meksikanın digər ştatlarında, o cümlədən Miçoakanda da qeydə alınıb.

Aydın