Son günlər zorakılıq hallarının sürətlə artdığı Meksikada polis cinayətkar qruplaşmanın 10 üzvünü güllələyib.
Qaynarinfo xəbər verir ki, hadisə Quanxuato ştatının Herekuaro rayonunda baş verib. "Halisko-Yeni nəsil" adlı qruplaşmanın üzvləri federal polisin xüsusi təyinatlı dəstəsinə hücum edib. Polis hücumun qarşısını alıb və 10 vinayətkar məhv edilib.
Hadisə zamanı 5 nəfər yaralanıb. Onlardan biri polis, biri həkimdir.