Meksikanın Çapas ştatında tanınmış jurnalist öldürülüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 62 yaşlı jurnalist Lopes Arevalo güllələnib. Hadisə Lopes Arevalo avtomobildən düşərkən baş verib. Onu güllələyən şəxsin kimliyi bəlli deyil.
Lopes Arevalo təkcə ölkəsinin məşhur jurnalisti deyil. O, müxtəlif xarici xəbər agentliklərinin müxbiri olub. Həmçinin "Novedades de México”, "Prensa Libre de Guatemala” və "Notimex” kimi yerli nəşrlərdə redaktor vəzifəsində çalışıb. Meksikanın ən böyük xəbər agentliklərindən olan "Maya Press”in yaradıcı idi.
Aydın