Xəbər lenti

Məktəb direktoru şagirdini zorladı
Dünya12:50 03.10.2013

Məktəb direktoru şagirdini zorladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə Anadolu Müəllim Liseyinin müdiri 16 yaşlı şagirdi zorlayıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 3 uşaq atası H.A.-a şagirdi 16 yaşındakı E.Y.ni zorlayıb. Bir müddət sonra qız hamilə olması barədə direktora məlumat verib. H.A. isə öz növbəsində qızı abort etdirməyə məcbur edib.

Qızın və valideynlərinin şikayəti əsasında liseyin direktoru həbs edilərək məhkəməyə çıxarılıb. Məhkəmədə özünü müdafiə edən H.A. deyilənləri qəbul etməyib. İskəndəroğlunun sədrliyi ilə keçən məhkəmədə H.A. “azadlığı məhrum”, “xüsusiyyətli cinsi istismar”, “hiylə edərək cinsi istismar”, “təcavüz və ictimai vəzifəsinin təmin etdiyi nüfuzdan sui-istifadə etmək” maddələri ilə günahkar bilinib. Ona xüsusi ağır rejimli cəza çəkməklə, 27 il həbs cəzası verilib.

Qaynar.info