Xəbər lenti

Məktəbdə dəhşət: qız rəfiqəsini öldürdü - VİDEO
Dünya06:11 14.09.2013

Məktəbdə dəhşət: qız rəfiqəsini öldürdü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyada orta məktəbdə dəhşətli hadisə baş verib. 

Anspress-in “Life News”a istinadən verdiyi məlumata görə, iki orta məktəbli qız arasında baş verən insident sonda ölümlə nəticələnib.


Belə ki, 18 yaşlı Dafni Limat rəfiqəsi 15 yaşlı Lanu Qriqonunu parfumeriya üstündə öldürüb. Dafninin allergiyası olub. Rəfiqəsi Lanunun istifadə etdiyi ətir Dafnidə allergiya yaradıb. Buna görə də qız rəfiqəsindən əsəbi halda bu ətirdən istifadə etməməyi əmr edib. Lanu isə rəfiqəsinə məhəl qoymayıb. Rəfiqəsinin saymamazlığı Dafnini əsəbləşdirib və o, qisas almaq qərarına gəlib.

Dərsdən sonar Dafni Lanunu məktəb həyətində yaxalayıb və onun saçından tutaraq sürüməyə başalyıb. Lanu isə ona müqavimət göstərib. Beləliklə də, böyük hay-küy qopub. Müəllimlər və şagirdlər onların başına yığılıb. Müəllimlər qızları ayırsalar da, qəflətən Dafni cibindən bıçaq çıxarıb və camaatın gözü qarşısında Lanunun qarnından bıçaqlayıb. Qızın bağırtısı və insanların çaşğınlığı Dafnaya imkan yaradıb ki, aradan çıxsın. Hadisə yerinə təcili yardım çağırılsa da, Lanunun həyatını xilas etmək mümkün olmayıb. 15 yaşlı qız müəllimlərin və şagirdlərin gözü qabağında canını tapşırıb.

Hazırda polis hadisəni törədən Dafni Limatı axtarır.

Qaynar.info