Xəbər lenti

Məktəbdə partlayış: 32 ölü
Dünya16:48 10.11.2014

Məktəbdə partlayış: 32 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nigeriyada məktəbdə bomba partladılıb. Qaynar.info xəbər verir ki, hadisə Yobe əyalətinin paytaxtı Potiskumda baş verib.

Şahidlərin dediyinə görə, bomba şagirdlər məktəbə daxil olarkən partlayıb. Nəticədə 32 nəfər ölüb. Onların əksəriyyəti şagirdlərdi.

Nigeriya İslam Hərakatının Potiskum təmsmlçisi Mustafa Potiskum açıqlamasında "Bu partlayışı təşkil edənlər ürəksiz insanlardı. Kiçik yaşlı uşaqları öldürməklə əllərinə nə keçəcək? Bölgədə elan olunan fövqəladə vəziyyət bir neçə gün sonra başa çatacaq. Bu səbəbdən yenidən vəziyyəti gərginləşdirmək istəyirlər" deyib.

Qeyd edək ki, Potiskumda Aşura günü baş verən partlayış nəticəsində 29 nəfər ölmüşdü.

Qaynar.info