
İraqın Mosul şəhərində yerləşən və hərbi təlim mərkəzi kimi istifadə edilən məktəbdə terror aktı törədilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, şəhərin qərbində yerləşən məktəbə yerləşdirilən bomba partladılıb. Nəticədə 15 nəfər ölüb, 23 nəfər isə yaralanıb.
Ölən və yaralananlar arasında ətrafda yaşayan mülki vətəndaşların olduğu da deyilir. Məktəbdə yerləşən qüvvə ətraf ərazinin təhlükəsizliyini təmin etmək məqsədilə İraq ordusu ilə əməkdaşlıq edən Sünni tayfa birliyi idi.
Partlayışın hansı qruplaşma tərəfindən törədilyi hələlik bilinmir.
Gülşən
Qaynarinfo.Az