Xəbər lenti

Məktəbli formaları bahalaşdı
Ekonomiks08:46 05.08.2016

Məktəbli formaları bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni dərsli ərəfəsində məktəbli formalarının qiyməti artırılıb. Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, bu il məktəbli formalarının qiyməti 7 faiz bahalaşıb.

İndi qiymətlər  aşağıdakı kimi müəyyən edilib:

– İbtidai sinif  şagirdləri üçün forma – 37 manat

– Yuxarı siniflər üçün forma – 46 manat

Qeyd edək ki, indiyədək kiçik ölçülü  məktəbli forması  34 manat, böyükləri isə 43 manat idi.

E.Əzimov qiymət artımını manatın devalvasiyası ilə əlaqələndirib:"Biz məktəbli formalarını tikmək üçün bütün xammalı xarici əlkələrdən, əsasən, Türkiyədən alırıq. Onlarla hesablaşmalar da ABŞ dolları ilə  aparılır.  Dollar bahalaşdıqca aldığımız məhsulların qiyməti də artır. Ey zamanda 40 faiz günrük və vürgi rüsumları əlavə olunduqda  qiymər  xeyli yüksəlir". // fins.az

Qaynarinfo.Az