Xəbər lenti

Məktəbli forması üçün Bakı Tikiş Evinin qarşısında izdiham (VİDEO)
Ölkə07:54 12.09.2022

Məktəbli forması üçün Bakı Tikiş Evinin qarşısında izdiham (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu dəqiqələrdə Bakı Tikiş Evinin qarşısında izdiham yaşanır.
Qaynarinfo xəbər verir ki, valideynlər yeni dərs ilinin başlanması ilə əlaqədar vahid geyim almaq üçün sözügedən məkana üz tutublar. Valideynlərin çoxluğu Bakı Tikiş Evinin qarşısında izdihama səbəb olub. 
Qeyd edək ki, bir neçə gün öncə Elm və Təhsil naziri Emin Əmrullayev çıxışında "Azərbaycanda məktəblərdə şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı tələb yoxdur" desə də, məktəb direktorları valideynlərə məktəbli formasının alınmasının vacibliyini vurğulayıblar.
Bahar Rüstəmli