Xəbər lenti

Məktəblilərimiz Beynəlxalq Olimpiadada uğur qazandılar
Ölkə19:37 03.06.2024

Məktəblilərimiz Beynəlxalq Olimpiadada uğur qazandılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

26-31 may tarixlərində Özbəkistanda iki mərhələdən ibarət Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib. 

Qaynarinfo xəbər verir ki, olimpiadada Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistandan 135 şagird iştirak edib.

Ölkəmiz sözügedən olimpiadada 2 komanda ilə uğurla təmsil olunub.

Belə ki, Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Zəhra İbişova, 287 nömrəli "Zəkalar”’ liseyinin 8-ci sinif şagirdi Fərhad İskəndər, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 9-cu sinif şagirdi Davud Tarverdili qızıl, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fərhad Hüseynov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 8-ci sinif şagirdi Hüseyn Zeynalov gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Tural Müseyibzadə isə bürünc medal qazanıb.

Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!