
Dünya şöhrətli alman rəssam Albrext Dürerin itmiş qravürası tapılıb.
Axar.az xəbər verir ki, 500 illik əsərin Fransada bir neçə avroya satıldığı məlum olub.
Qravüranı tapan fransız arxeoloq əsəri Ştutqart şəhərindəki muzeylərdən birinə bağışlayıb.
“Mələyin taclandırdığı Məryəm” adlı əsərin 1520-ci ilə aid olduğu deyilir. Məlumata görə, qravüra II Dünya müharibəsi zamanı yoxa çıxıb.
Qeyd edək ki, tarixin ən böyük rəssamlarından olan Albrext Dürer 1471-ci ildə Almaniyanın Nürnberq şəhərində anadan olub, 1528-ci ildə vəfat edib.
Qaynarinfo.Az

