Xəbər lenti

Məmur Nəsirovu işdən çıxarmaq istəyirlər - Trampın görüşünə getdiyi üçün
Dünya15:30 06.02.2017

Məmur Nəsirovu işdən çıxarmaq istəyirlər - Trampın görüşünə getdiyi üçün

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna  Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirovu intizam məsuliyyətinə cəlb edirlər.

Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə Ukraynanın maliyyə naziri Aleksandr Danilyuk deyib.

"Maliyyə nazirinin tapşırıqlarını sistematik pozduğuna və razılaşdırmadan iş yerində tapılmadığına görə mən Nəsirovun intizam məsuliyyətinə cəlb edilməsi üçün məsələ qaldırdım. İkinci töhmət – bu işdən çıxardılmadır”, - deyə Danilyuk mətbuat konfransında bildirib.

"Dövlət Fiskal Xidmətinin başçısı haradadır? Amerikada! Tapşırıqları reallaşdırmaq əvəzinə, o, özünüpiarla məşğul olur. O, baş nazir və maliyyə naziri ilə razılaşdırmadan məzuniyyətə getdi. Bu kobud pozuntudur. O, ABŞ prezidentinin inaqurasiyasına gedib, bu isə ucuz həzz deyil", - nazir əlavə edib.

Bu məqamda o dəqiqləşdirib ki, ABŞ-dakı bu cür tədbirlərdə iştirak, hansına ki, Nəsirov gedib, 250 min dollara başa gəlir: "Yox əgər belə deyilsə və əgər bu pulsuz idisə, onda soruşmaq istəyirəm: niyə məhz onu dəvət edirlər?. Qanunvericilik belə hədiyyələri və belə xidmətləri qəbul etməyi qadağan edir. Mən müvafiq dövlət qurumlarına müraciət etməli olacağam”.

Qaynarinfo.Az