Xəbər lenti

Məmurlara siqaret çəkmək qadağan edildi
Dünya05:14 30.12.2013

Məmurlara siqaret çəkmək qadağan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni direktivə əsasən dövlət müəssisələrində tütün məmulatlarının satışına və reklamına da qadağa qoyulacaq

Çin rəhbərliyi ölkə məmurlarına ictimai yerlərdə siqaret çəkməyi qadağan edib. Rusiya mətbuatının verdiyi məlumata görə, bu informasiyanı “Sinxua” agentliyi yayıb.

Məmurlar haqqında çıxarılan bu qərar digər ölkə vətəndaşlarına nümunə olmalıdır. İctimai yerlər deyəndə, məktəb və xəstəxanaların həyəti, idman və mədəniyyət ocaqları və ictimai nəqliyyat nəzərdə tutulur.

Yeni direktivə əsasən dövlət müəssisələrində tütün məmulatlarının satışına və reklamına da qadağa qoyulacaq. //Anspress.com

Qaynar.info