Xəbər lenti

Məmurları qətlə yetirən dəstə saxlanıldı
Dünya05:09 14.08.2014

Məmurları qətlə yetirən dəstə saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva polisi xüsusi əməliyyat nəticəsində məmurların qanına susamış, sifarişli qətlləri yerinə yetirən cinayətkar dəstəni yaxalaya bilib.

Anspress-in məlumatına görə, xüsusi əməliyyat zamanı cinayətkarlar zərərsizləşdirilib. Hüquq Mühafizə orqanları bildirir ki, 30 nəfərlik dəstəyə başçılıq Moskva və Şimali Osetiyada fəaliyyət göstərən gürcü əsilli vətəndaş olub. Xüsusi əməliyyat DİN, FTX və istintaq komitəsinin iştirakı ilə baş tutub.

Şübhəlilərin gizləndiyi evdə axtarış aparılarkən silah anbarı aşkar olunub. Burada müxtəlif çaplı tapança-pulemyotlar, avtomatlar, minalar, qumbaralar, polis və hərbi məmurların forma dəstləri aşkarlanıb.

Qeyd edək ki, saxlanılan dəstə 2008-ci ildə Vladiqafqaz merinin, polis və yüksək rütbəli məmurların ölümündə təqsirli bilinir.

Qaynar.info