
“Mən artıq təshil naziri deyiləm. Ona görə də bu nazirlikdə nə baş verir, kimi işdən çıxarırlar, nəyi necə edirlər bu barədə heç nə danışmaq istəmirəm. Çox xahiş edirəm mənə bu barədə sual da verməyin. Artıq mənim nazirliklə işim bitib”.
Bu sözləri Moderator.az-a açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov Mikayıl Cabbarovun ona yaxın şəxsləri işdən azad etməsi ilə bağlı suala cavabında söyləyib.
Qeyd edək ki, son günlər Mikayıl Cabbarov nazirlikdəki bir sıra idarə və şöbələrin rəhbərlərini işdən kənarlaşdırıb. Mediada isə bu faktlar Misir Mərdanovun kadrlarının “vurulması” kimi dəyərləndirilib.
Misir Mərdanov açıqlamasında öz komandasında olanlarla birgə işləməkdən məmnun qaldığını da deyərək, əlavə şərh verməkdən imtina edib: “Məni bu işlərə qatmayın”.
Qaynar.info