Sasseks hersoqinyası Meqan Markl növbəti dəfə Kral ailəsinin qaydalarını pozub.
Qaynarinfo Mirror-a istinadən xəbər verir ki, həyat yoldaşı Şahzadə Harri ilə Londondakı Viktoriya Sarayında keçirilən muzikalı izləməyə gələn Markl mini geyimi ilə diqqət çəkib. 327 funt sterlinq dəyərə sahib paltar Kral ailəsinin "dizdən aşağı" standartlarına uyğun gəlmir.
Qeyd edək ki, sabiq aktrisanın geyimi Böyük Britaniya mediası tərəfindən cəsarətli addım kimi qiymətləndirilib.