Xəbər lenti

Mer işçilərin gözü önündə intihar etdi
Dünya05:06 01.10.2013

Mer işçilərin gözü önündə intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Meksikanın Sakatekas ştatındakı Tepetonqo şəhərinin bələdiyyə şurasının sədri Filemon Karlos Robles işçilərin gözü önündə özünü güllələyib.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, məmur işə gələn kimi ictimai asayişə görə cavabdeh olan işçilərin yanına gedib. Polisdən baxmaq üçün xidməti silahını istəyib. Sonra tapançanı başına dirəyərək tətiyi çəkib.

Məmurun nəyə görə intihar etdiyi hələ ki, məlum deyil. Məlum olan yalnız odur ki, bir neçə il əvvəl cinayətkarlar onun oğlunu qaçırmışdılar. Geri qaytarmaq üçün külli miqdarda pul ödəmişdi.

Qaynar.info