Xəbər lenti

Mer: "Gedin öz vətəninizdə yaşayın!"
Dünya09:27 30.05.2013

Mer: "Gedin öz vətəninizdə yaşayın!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskva meri Sergey Sobyanin Orta Asiyadan olan miqrantların paytaxtda daimi yaşamasını istəmir. 

Qaynar.info-nun məlumatına görə, Sobyanin bildirib ki, o, həmin insanların paytaxtda elə-belə qalmasını istəmir: "Əgər qalırlarsa, onda ilk növbədə rus dilini və bizim adət-ənənələrimizi öyrənləlidirlər. Belə şərtlərdən sonra biz onları həmvətənlərimiz çağıracağıq. Rus dilini pis bilənlər, tamam başqa mədəniyyətlərin insanları yaxşı olardı ki gedib öz vətənlərində yaşasınlar. Buna görə də biz onların Moskvada adaptasiya olunmasını istəmirik".  

Sobyanin qeyd edib ki, Orta Asiyadan olan miqrantlar mövsümi işçilərdir, onlar pul qazanmalı və ailələrinə aparmalıdırlar". 

"Hesab edirəm ki, Moskva rus şəhəridir və o elə də qalacaq. Nə çin, nə özbək nə də tacik şəhəridir" deyə mer bildirib.

Qaynar.info