Rostov-Donda hərbi texnikanın keçidindən sonra 10 min kvadratmetrdən çox yol zədələnib.
Qaynarinfo xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Aleksey Loqvinenko "Telegram" kanalında məlumat verib.
"Ən çox Budyonnovski prospekti zərər çəkib", - Loqvinenko deyib.
Onun sözlərinə görə, zərər "Vaqner" qrupu şəhəri tərk etdikdən sonra aşkar edilib. Şəhər icra hakimiyyətinin başçısı əlavə edib ki, iki gün ərzində yol yatağının təmiri nəzərdə tutulub.
O, həmçinin əlavə edib ki, kommunal xidmətlər artıq Cənub Hərbi Dairəsinin qərargahının binasının ətrafını qaydaya salıb.
Alpər