Xəbər lenti

Mərakeş şahzadəsi 25 həftədir itkin düşüb (FOTO)
Dünya10:27 09.04.2018

Mərakeş şahzadəsi 25 həftədir itkin düşüb (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərakeş şahzadəsi Lalla Salma 25 həftədir ki, itkin düşüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Kral VI Məhəmmədin həyat yoldaşı olan Lalla 16 illik evlidir və cütlüyün 2 övladı var.
Bildirilir ki, 54 yaşlı kral 39 yaşlı şahzadənin itkin düşməsinə görə narahat deyil, çünki cütlüyün boşanması gözlənilir.
Boşanma xəbərinin yayılmasına səbəb fevral ayında Fransada ürək əməliyyatı keçirən kralın yanında şahzadənin olmaması göstərilir.
Qeyd edək ki, cütlük 1999-cu ildə tanış olub və 2002-ci ildə evlənib. O dövrdə kral ailəsindən olan birinin sadə ailədən olan qadınla ailə həyatı qurması böyük səs-küyə səbəb olmuşdu.
Gülşən