İdman 17:35 26.10.2023

Mərc oyunlarında iştirak edən futbolçunun cəzası açıqlandı

"Nyukasl Yunayted"in yarımmüdafiəçisi Sandro Tonali 10 ay futbol oynaya bilməyəcək.

Qaynarinfo-nun məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bildirib. O, Sandro Tonalinin "Qeyri-qanuni mərc oyunları” araşdırması çərçivəsində 10 ay futboldan uzaqlaşdırıldığını deyib. Bununla yanaşı italiyalı ulduz qumar asılılığından qurtulmaq üçün səkkiz ay reabilitasiya müalicəsi də alacaq

İtaliyada yayılan xəbərlərə görə, Tonali oynadığı matçlara mərc etməkdə günahını boynuna aldıqdan sonra onun haqqında 10 aylıq həbs qərarı çıxarılsa da bunun ləğv olunması ilə bağlı danışıqlar müsbət nəticə verib. Futbolçunun hətta üç il müddətinə cəzalandırılacağı da gözlənilirdi. Bu da o anlama gəlir ki, futbolçu "Nyukasl"ın heyətində bu mövsümdə meydana çıxmayacaq. Üstəlik İtaliya millisi AVRO-2024-ün final mərhələsinə vəsiqə qazansa, Tonali bu turnirdə olmayacaq. 

Tonali prosesdə iştirak edən yeganə italyan oyunçu deyil. Onunla yanaşı "Aston Villa"nın ulduzu Nikolo Zaniolo və "Yuventus"un yarımmüdafiəçisi Nikolo Faqioli də var. Faqioli artıq bu hadisəyə görə futboldan yeddiaylıq uzaqlaşdırılıb. 

Nyukasl yay transfer pəncərəsi zamanı italyan yarımmüdafiəçini "Milan"dan 55 milyon funt-sterlinq (66 milyon dollar) qarşılığında heyətinə qatıb. O, bu mövsüm indiyədək 10 matçda iştirak edib.

Səbuhi Həsənov